“Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib

24 İyul 2017 11:27

Xəbər 904 dəfə oxunub

Türkiyədə təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Türkiyənin birinci liqa təmsilçisi olan “Ankaragücü” klubu ilə qarşılaşıb. Oyun rəqib kollektivin 2:0 hesablı qələbəsi ilə nəticələnib.Bu oyun “sarı-göylər”in Ərzurumda ikinci sınaq matçı olub. Bundan əvvəlki qarşılaşmada Gəncə klubu “Samsunspor”a 1:2 hesabı ilə uduzmuşdu. “Kəpəz” hazırlıq çərçivəsində son oyununu iyulun 24-də “Elazığspor”a qarşı keçirəcək.xeber100.com