“Sumqayıt” klubu növbəti yoxlama matçını keçirib

24 İyul 2017 12:19

Xəbər 688 dəfə oxunub

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, komandamız Türkiyə Superliqası təmsilçisi “Sivasspor” klubu ilə üz-üzə gəlib.Bolu Termal Hotelinin stadionunda keçirilən qarşılaşma komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/2017-ci il mövsümündə Türkiyə birinci liqasını lider olaraq tamamlayıb və Superliqaya yüksəlib.xeber100.com