“Neftçi” klubu “Herta” komandası ilə qarşılaşacaq

26 İyul 2017 13:17

Xəbər 781 dəfə oxunub

Bakının “Neftçi” futbol klubunun Avstriya toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi avqustun 2-də Almaniyanın “Herta” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.Qeyd edək ki, “Neftçi” “Herta” ilə oyunadək – iyulun 30-da Birləşmiş Ərəb Əmirliyinin “Al Ain” klubu ilə sınaq matçına çıxacaq.xeber100.com