Milli İncəsənət Muzeyi tolerantlıq mədəniyyəti və multikultural dəyərlərin qorunması və təbliği məqsədilə “Muzeylər mədəniyyətlər arasında körpüdür” layihəsinə start verib.Muzeydən Azərtac-a bildirilib ki, layihənin ikinci buraxılışı olan “Fransız tətilləri” proqramı tamaşaçılar tərəfindən xoş təəssüratla qarşılanıb.Proqramın açılışında uşaqlar üçün dostluq və xeyirxahlıqdan bəhs edən “Bənövşə” adlı kölgə teatr tamaşası təqdim olunub. Alaqaranlıq otaqda közərən lampalarla işıqlanan səhnə və fiqurların hərəkəti ilə canlanan tamaşa bütün uşaqları sehrli aləmə qərq edib.Tamaşadan sonra uşaqlar üçün valideynlərin müşayiəti ilə ustad dərsi keçirilib. Şüşə üzərində rəngarəng boyalarla işığın, kamilliyin, qələbənin rəmzi olan və fransız krallarının gücünü təcəssüm etdirən “flör de lis”- zanbaq gülünün təsviri yaradılıb. Eyni zamanda, uşaqlar rəngli makaronlardan Parisin “Eyfel” qülləsinin portretini hazırlayıblar.Daha sonra valideynlər üçün Fransa və Azərbaycan mədəniyyəti arasında körpü yaradan Toğrul Nərimanbəyovun yaradıcılığına həsr olunmuş “Paris xatirələri” adlı mühazirə təqdim edilib. Mühazirədə rəssamın keşməkeşli həyatı və əzmkar yaradıcılıq yolu, fərdi yaradıcılıq üslubu haqqında məlumat verilib. Həmçinin valideynlər üçün Fransız ballarında kübar xanımların gizli silahına çevrilən “yelpik dili” jestləri təqdim edilib.Gün ərzində balacalar bərpaçı-rəssam Samir Talıbovla birgə Paris eskizlərini yaradıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…