Standart tapançadan atəşaçma yarışının qalibi müəyyən olub

30 İyul 2017 10:36

Xəbər 773 dəfə oxunub

Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışının qalibi müəyyən olub.Azərtac xəbər verir ki, ukrayalı atıcı Pavlo Korostylov rəqiblərindən daha üstün olaraq 581 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.İkinci yerə 574 xalla almaniyalı Kristian Reitz, üçüncü yerə isə 573 xalla rusiyalı Aleksi Klımov çıxıb.Azərbaycan təmsilçisi Ruslan Lunyov yarışı 564 xalla yeddinci yerdə başa vurub.xeber100.com