Dünya çempionatında iştirak edəcək cüdoçuların heyəti açıqlanıb

3 Avqust 2017 11:25

Xəbər 609 dəfə oxunub

Azərbaycan cüdo yığmasının məşqçi qərargahı avqustun 28-dən Budapeştdə başlanacaq dünya çempionatında iştirak edəcək idmançılarımızın adlarını açıqlayıb.Azərtac xəbər verir ki, komandaya 13 idmançı daxildir, özü də dörd çəki kateqoriyasında iki atletimiz təmsil olunacaq. Bu günə olan məlumata görə, çempionatda 39 ölkədən 782 cüdoçu iştirak etməyi planlaşdırır.Reqlamentə görə, əgər hər hansı ölkədən bütün çəki kateqoriyaları üzrə idmançılar iştirak edirsə, onda həmin ölkə bir neçə kateqoriyada iki idmançı ilə təmsil oluna bilər. Bizim yığmamıza gəldikdə, yalnız 81 kiloqramadək çəki kateqoriyasındakı yarışlar azərbaycanlı idmançıların iştirakı olmadan keçəcək, yerdə qalan digər yarışlarda atletlərimiz yüksək yerlər uğrunda mübarizə aparacaqlar.xeber100.com