“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib

3 Avqust 2017 11:28

Xəbər 877 dəfə oxunub

Son Türkiyə çempionu olan “Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib.Azərtac xəbər verir ki, İstanbul klubu “Valensiya” komandasının hücumçusu Alvaro Neqredonu transfer edib. 31 yaşlı ispaniyalı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.“Qara qartallar” İspaniya millisinin üzvünün keçidi üçün İspaniya klubuna 2,5 milyon avro ödəyib. Təcrübəli futbolçu avqustun 4-də İstanbula gələcək və ictimaiyyətə təqdim olunacaq.Qeyd edək ki, karyerası boyunca “Real Madrid”, “Sevilla” və “Mançester City” kimi komandalarda forma geyən Neqredo 2014-cü ildən “Valensiya”nın heyətində çıxış edirdi. Hücumçu, son mövsümdə “Midlzbro”nun heyətində icarə əsasında çıxış edib və 36 oyuna 9 qol vurub.Xatırladaq ki, “Beşiktaş” bir müddət əvvəl “Real Madrid”in portuqaliyalı futbolçusu Pepeni də transfer edib.xeber100.com