UEFA Superkuboku uğrunda oyun keçiriləcək

8 Avqust 2017 10:43

Xəbər 734 dəfə oxunub

Bu gün Makedoniyanın paytaxtı Skopyedə İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester United” komandaları arasında UEFA Superkuboku uğrunda oyun keçiriləcək.Azərtac xəbər verir ki, bununla da 43-cü UEFA Superkubokunun qalibi məlum olacaq.Ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi və Avropa Liqasında uğur qazanan İngiltərə komandası arasında keçiriləcək matçı italiyalı baş hakim Canluka Rokki idarə edəcək.Qeyd edək ki, “Real Madrid” indiyədək üç dəfə (2002-ci il, 2014-cü il və 2016-cı il) UEFA Superkubokunu qazanıb, iki dəfə (1998-ci il, 2000-ci il) isə həlledici görüşdə uduzub. İkinci dəfə kuboka sahib olmaq üçün meydana çıxacaq “Mançester Yunayted” isə buna 26 il əvvəl – 1991-ci ildə nail olub. İngiltərə klubu 1999-cu və 2008-ci illərdə isə yalnız finalda məğlub olub.İlk dəfə 1972-ci ildə qalibi müəyyənləşən titul 42 dəfə sahibini tapıb. Əvvəllər Kuboklar Kuboku, sonra isə UEFA kuboku (indiki Avropa Liqası) turnirinin qalibi Çempionlar Liqasının ən güclüsü ilə qarşılaşıb. 1972-ci ildə klubların təşəbbüsü ilə təşkil edilən ilk Superkubok matçı isə hələ də UEFA tərəfindən rəsmi tanınmayıb. Həmin dueli də nəzərə alsaq, 42 mövsümdən 23-də Çempionlar Liqası, 12-də Kuboklar kuboku, 7-də Avropa Liqasının qalibi Superkuboka yiyələnib.İndiyədək 12 ölkə təmsilçisi kuboka yiyələnib. İspaniyanın 13, İtaliyanın 9, İngiltərənin 7 klubu buna nail olmaqla ilk üçlükdə qərarlaşıb.Klublar arasında hərəsi beş dəfə olmaqla “Barselona” və “Milan” liderdir. “Real Madrid”, “Liverpul” və “Ayaks” hərəyə üç dəfə Superkuboka sahib olub.“Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan oyundan əvvəl keçirilən mətbuat konfransında komandanın hazırlığı və məqsədləri barədə danışıb. O deyib: “Mövsümə uğurlu start vermək və Superkubok görüşündə nəticə qazanmaq bizim üçün vacibdir. Mövsümün ilk rəsmi qarşılaşmasının əhəmiyyətini dərk edirik. Komandam iştirak etdiyi hər bir yarışda qələbə uğrunda mübarizə aparan klubdur. Güclü heyətimiz mövcuddur. Odur ki, ötən mövsümün uğurlarını təkrarlamaq və ardıcıl üçüncü dəfə Çempionlar Liqasının qalibi olmaq istəyirik”.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02