Beynəlxalq seminar keçirilib

8 Avqust 2017 11:08

Xəbər 936 dəfə oxunub

Ukraynanın Koblevo şəhərində “Goju Ryu Karate & Kobudo & Jundokan” beynəlxalq seminarı keçirilib.Azərtac xəbər verir ki, iyulun 31-dən avqustun 6-dək davam edən texniki seminarda Azərbaycanı məşqçi, 3-cü dan beynəlxalq dərəcəli qara kəmər sahibi Elmin İsayevin rəhbərliyi ilə Samuray Karate klubunun idmançıları Alika Semixova, Kamil və Tamerlan Kərimli qardaşları təmsil ediblər.Seminar 7-ci dan qara kəmər sahibi sensey Valeriy Kusinin rəhbərliyi ilə keçirilib.xeber100.com