Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqlarını davam etdirirlər.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirirlər.Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək.Avqustun 7-də Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcəklər.Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb, 20-dək davam edəcək.Məlumat üçün bildirək ki, dünya çempionatı avqustun 21-dən 26-dək Parisdə baş tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…