Mayın 5-də Aşqabadda qapalı binalarda və döyüş sənətləri üzrə V Asiya Oyunlarının başlamasına 500 gün qalması münasibətilə təntənəli mərasim keçiriləcək. Azərbaycan Dövlət İnformasiya Agentliyi və Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDH) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında 2015-ci il fevralın 28-də imzalanan sazişə əsasən Türkmənistanın ölkəmizdəki səfirliyinin dəvəti ilə Azərtac-ın müxbiri bu tədbiri işıqlandırmaq üçün Aşqabada ezam olunub. Mayın 4-də müxtəlif ölkələrdən olan jurnalistlərin Türkmənistan paytaxtının görməli yerlərinə ekskursiyası təşkil olunub, media nümayəndələri üçün Oyunların keçiriləcəyi Olimpiya şəhərciyini və bir sıra obyektləri ziyarət etmək imkanı yaradılıb. Media nümayəndələri 450 yerlik Olimpiya oteli, basketbol, voleybol, həndbol, badminton, bədii və idman gimnastikası, qılıncoynatma, stolüstü tennis, batut gimnastikası, cüdo və güləş kimi yarışların keçirilməsi üçün nəzərdə tutulan 15 min tamaşaçı tutumuna malik çoxfunksiyalı arena ilə tanış olublar, həmçinin 6 min tamaşaçı tutan velodromu ziyarət ediblər. Xatırladaq ki, 21 növ üzrə keçiriləcək Oyunlarda 62 ölkədən idmançılar (45 Asiya və 17 Okeaniya ölkəsi) iştirak edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…