“Fiorentina” klubu yeni oyunçu transfer edib

10 Avqust 2017 11:07

Xəbər 849 dəfə oxunub

İtaliyanın “Fiorentina” klubu yeni oyunçu transfer edib.Azərtac xəbər verir ki, Florensiya klubu “Torino”nun yarımmüdafiəçisi Marko Benassini heyətinə cəlb edib. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.İtaliyanın U-21 millisinin kapitanı olan futbolçunun tranferi “Fiorentina”ya 10 milyon avroya başa gəlib.Qeyd edək ki, Benassi “Torino”da 98 oyuna 12 qol vurub.xeber100.com