“Real Madrid” klubunun məlumatı

11 Avqust 2017 11:45

Xəbər 1160 dəfə oxunub

İspaniyanın “Real Madrid” klubu ilə müqavilə imzalamağa hazırlaşan futbolçu İsko haqqında maraqlı məlumat yayılıb.“ESPN” nəşri xəbər verir ki, 25 yaşlı futbolçu “Malaqa”da oynayan vaxt “Mançester Yunayted” tərəfindən transfer edilə bilərmiş. Baxışdan keçəndən sonra yarımmüdafiəçi ilə müqavilə imzalanmama səbəbini klub belə açıqlayıb: “O, yaxşı futbolçudur, lakin kifayət qədər sürətli deyil və başı bədəninə görə çox böyükdür”.Xatırladaq ki, bir neçə gün öncə keçirilən UEFA Superkubokunda “Qırmızı şeytanlar”ı məğlub edən Kral klubunun 2-ci qolunun müəllifi İsko olub. Komandanın baş məşqçisi Zidan oyundan sonra İsko haqqında xoş fikirlər səsləndirib, onunla yeni müqavilə imzalanacağını deyib. Futbolçu da açıqlamasında bunu təsdiqləyib.xeber100.com