“Qarabağ” və “Neftçi” komandaları qarşılaşacaq

5 May 2016 13:19

Xəbər 1513 dəfə oxunub

Mayın 4-də futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinə yekun vurulub. Azərtac xəbər verir ki, yarımfinalın ikinci görüşündə “İnter” komandasına 1:0 hesabı ilə qalib gələn “Qarabağ” həlledici mərhələyə yüksəlib. Oyunda yeganə qolu matçın 23-cü dəqiqəsində Migel Madera vurub. Beləliklə, ağdamlılar finalda “Qəbələ”ni mübarizədən kənarlaşdıran “Neftçi” ilə üz-üzə gələcəklər. Final görüşü mayın 25-də oynanılacaq. Xatırladaq ki, “Qarabağ” komandası Premyer Liqada çempionluğunu artıq elan edib.xeber100.com