Ağır Atletika Federasiyasının məlumatı

12 Avqust 2017 10:51

Xəbər 1015 dəfə oxunub

Ağır atletika üzrə gənclərdən ibarət yığma komandamız təlim-məşq toplanışını davam etdirir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, Avropa çempionatına AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi bazada hazırlaşan atletlərimiz mütəmadi və intensiv məşqlərə ara vermirlər. Oktyabrda Albaniyanın paytaxtı Tiranada keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak edəcək yığmamız həmin yarışdan medallarla qayıtmaq niyyətindədir.Millinin məşqçisi Elnur Hüseynov da yaradılan şəraitdən, məşqlərdən və ümumi hazırlıqdan razılığını bildirib.xeber100.com