“Zirə” komandası “Səbail”i qəbul edib

14 Avqust 2017 12:09

Xəbər 747 dəfə oxunub

Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib.Zirədə eyniadlı komanda debütant “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Zirə” təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.Azərtac xəbər verir ki, “Sumqayıt” – “Kəpəz” matçında da meydan sahibləri eyni hesabla qalib gəliblər. Bu, turun 2:1 hesabı ilə nəticələnən 3-cü oyunu olub. Daha əvvəl “Qəbələ” səfərdə “İnter”i belə hesabla yenib. Turun açılış oyununda isə “Neftçi” evdə “Qarabağ”a uduzub – 1:3.xeber100.com