XXIX Ümumdünya Yay Universiadası keçiriləcək

16 Avqust 2017 12:37

Xəbər 963 dəfə oxunub

Avqustun 19-dan 30-dək Tayvanın paytaxtı Taypey şəhərində XXIX Ümumdünya Yay Universiadası keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, yarışda 52 ölkədən 300-ə yaxın ağır atlet iştirak edəcək.Atletika yığmamızın iki üzvü də onların arasındadır. Universiadada millimizin şərəfini 69 kiloqram çəki dərəcəsində Məhəmməd Məmmədli, 105 kiloqramdan artıq çəki dərəcəsində isə Azər Məmmədli qoruyacaq.xeber100.com