“Qəbələ” yeni mövsümün hazırlıqlarını davam etdirir

16 Avqust 2017 12:40

Xəbər 1134 dəfə oxunub

“Qəbələ” futbol akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını davam etdirir. Akademiya 2017/18-ci il mövsümündə U-19, U-17, U-16, U-15 və U-14 liqalarında bir, U-13, U-12, U-11, U-10 liqalarında iki komanda ilə təmsil olunacaq. Həmçinin U-9 və U-7 komandaları da yay fasiləsinə son verib. Qəbələ şəhərinin təmsilçiləri məşqlərə avqustun 2-də start verib.Azərtac xəbər verir ki, akademiyada beş yeni məşqçi də fəaliyyətə başlayıb. Onlardan biri “Qəbələ”nin sabiq futbolçusu Əli İsmayılovdur. O, U-15-də baş məşqçi Rakif Əliyevin köməkçisi kimi çalışacaq. Futbolçu karyeralarını bir müddət əvvəl başa vuran Rüstəm Məmmədov U-11, Elnur İmanquliyev U-10 yaş qrupunda 1-ci komandaya baş məşqçi təyin edilib. Həmin yaş qrupları üzrə ikinci komandalarda da yeni məşqçilər çalışacaq. Gənc çalışdırıcılardan Azad Kərimov U-11, Teymur Həbibov U-10-da məşqçilik edəcək.“Qəbələ”nin iki komanda ilə təmsil olunduğu yaş qruplarında U-13-də Namiq Əliyevlə Rafael Cəbrayılov, U-12-də Şəhruz Mustafayevlə Aqil Mirzəyev çalışacaq. Əvəzedici komandanın baş məşqçisi Elmar Baxşıyevə Azər Həşimov kömək edəcəksə, U-19-da Emin İmaməliyevə Şəhriyar Kərimli, U-17-də Famil Xəlilova Turxan Ümüdlü yardımçı olacaq. U-16-da Zaur Hacıyevin köməkçisi Rəvan Rəcəblidirsə, U-14-də Ülfət Mədətovla Sahil Nəcməddinov çalışacaq. Kiçik yaş qruplarından U-9 Anar Surxayevin, U-7 Fərid Məmmədlinin rəhbərliyi ilə məşqlərini gerçəkləşdirir. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Sahil Kərimov, Teymur Musayev, Elçin Rzazadə və Oruc Quliyev, həmçinin videotəhlil üzrə mütəxəssis Sərdər Qafarov da iştirak edir.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02