Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib

17 Avqust 2017 13:25

Xəbər 1251 dəfə oxunub

Bosniya və Herseqovinanın Sarayevo şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 16-da növbəti yoldaşlıq oyununu keçirib.Azərtac xəbər verir ki, millimiz toplanış çərçivəsində ev sahibləri ilə ikinci matçına çıxıb.Görüş rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində oyunda yeganə qolu Turan Vəlizadə vurub.Qeyd edək ki, millimizin Bosniya və Herseqovinanın U-17 yığması ilə ilk qarşılaşmasında hesab açılmayıb – 0:0.xeber100.com