“Səbail” ev oyunlarını AFFA Futbol Mərkəzində keçirəcək

22 Avqust 2017 11:31

Xəbər 1284 dəfə oxunub

“Səbail” futbol klubunun Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirməli olduğu Bayıl stadionunda hazırda təmir-bərpa işləri aparılır.Azərtac kluba istinadla xəbər verir ki, təmir prosesi yekunlaşana və Bayıl stadionu Premyer Liqa oyunlarının keçirilməsinə hazır olanadək “Səbail” ev oyunlarını Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirəcək.xeber100.com