İsrail Futbol Federasiyasının müraciətinə əsasən

24 Avqust 2017 11:04

Xəbər 1331 dəfə oxunub

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 31-də keçiriləcək İsrail–Azərbaycan oyununun vaxtı İsrail Futbol Federasiyasının teleyayımla əlaqədar müraciətinə əsasən dəyişdirilib.AFFA-dan Azərtac-a bildiriblər ki, qarşılaşma əvvəlcədən xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 20:00-da deyil, 20:30-da başlayacaq.xeber100.com