Güləş üzrə dünya çempionatı davam edir

24 Avqust 2017 11:31

Xəbər 938 dəfə oxunub

Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, üçüncü yarış günündə 48, 53, 60 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulublar.Bu gün xalça üzərinə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) çıxacaqlar.1/8 finalda Türkan Nəsirovanın rəqibi argentinalı Patricia Alejandra Bermudez olacaq, Elis Manolova isə bu mərhələdə Rusiya təmsilçisi Anastasia Bratçikova ilə qarşılaşacaq.1/16 final mərhələsində Leyla Qurbanova türkiyəli Sumeyya Zeybek Sezerə qarşı yarışacaq, Tatyana Omelçenko isə Latviya güləşçisi Anastasija Qriqoryeva ilə üz-üzə gələcək.xeber100.com