“Tottenhem” klubu müqavilə müddətini artırıb

25 Avqust 2017 12:10

Xəbər 760 dəfə oxunub

İngiltərənin “Tottenhem” klubu futbolçusu Kayl Uoker-Piterslə müqaviləni artırıb.Azərtac xəbər verir ki, ingiltərəli müdafiəçinin yeni müqavilə müddəti 2020-ci ilin yayına qədərdir.Qeyd edək ki, London klubunun yetirməsi olan 20 yaşlı futbolçu 2014-cü ildən əsas komandada çıxış edir. O, ötən mövsüm İngiltərə Premyer Liqasında bütün oyunlarda iştirak edib.xeber100.com