Dünya çempionatında ilk rəqib müəyyənləşib

26 Avqust 2017 11:26

Xəbər 777 dəfə oxunub

Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib.Azərtac xəbər verir ki, 64 kiloqram çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Eslam Muhamedlə (Misir) gücünü yoxlayacaq.Olimpiya mükafatçımızın rəqibinin adı mundialın startı günü məlum olub. 1/16 finalda Nurlan Kobaşevi (Qırğızıstan) 3:2 hesabı ilə məğlub edən Muhamed mərhələ adladığından Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan təmsilçimiz misirli boksçu ilə sabah döyüşəcək.Mundialda 75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Kamran Şahsuvarlı isə 1/8 finalda Maks Van der Pasla (Hollandiya) üz-üzə gələcək. Avropa çempionatının gümüş medalçısının rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Lester Martinesi (Qvatemala) yarışdan kənarlaşdıran hollandiyalı (3:2) ilk mərhələdən azad olan həmyerlimizlə qarşılaşmaq hüququ qazanıb. Şahsuvarlının da ilk döyüşü avqustun 27-də olacaq.xeber100.com