Cüdo üzrə dünya çempionatı davam edir

29 Avqust 2017 14:04

Xəbər 895 dəfə oxunub

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, bu gün daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.İkinci yarış günündə qadınlar 52, kişilər isə 66 kiloqram çəkidə qüvvələrini sınayacaqlar. Qadınların yarışında Azərbaycanı Buyanxişiq Purevsuren və Nəzakət Əzizova, kişilər arasında isə Nicat Şıxəlizadə təmsil edəcək.Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, Nicat Şıxəlizadə qazaxıstanlı Yeldos Jumaxanov, Buyanxişiq Purevsuren Rusiya cüdoçusu Natalya Kuzyutina, Nəzakət Əzizova isə mərakeşli İkram Sukate ilə qarşılaşacaqlar.Qeyd edək ki, ilk yarış günündə Azərbaycan millisinin üzvü Orxan Səfərov (60 kq) finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medala sahib olub.xeber100.com