“Zirə” daha bir futbolçu ilə heyətini gücləndirib

5 Sentyabr 2017 10:40

Xəbər 662 dəfə oxunub

Azərbaycan Premyer Liqasının yeni mövsümünə uğurlu başlayan “Zirə” daha bir futbolçu ilə heyətini gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Sadio Tounkara bu gündən “qartallar”ın düşərgəsinə qoşulub. İyirmi beş yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb.Sadio Tounkara azərbaycanlı futbolsevərlərə tanış simadır. Belə ki, malili yarımmüdafiəçi daha öncə ölkəmizdə “Xəzər-Lənkəran” və AZAL klublarının şərəfini qoruyub. Tounkara Azərbaycan və Mali ilə yanaşı, Kipr çempionatında da çıxış edib.xeber100.com