Güləşçilərin dünya çempionatı davam edir

7 Sentyabr 2017 11:48

Xəbər 1222 dəfə oxunub

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulublar.Azərbaycan güləşçiləri iki çəkidə mübarizə aparırlar. Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Ayşən Yusifova (40 kq) gürcüstanlı Mariam Karelidze, Aynur Camalova (46 kq) özbəkistanlı Guzal İslomova ilə qarşılaşacaq.xeber100.com