“Qarabağ”-“Roma” matçının biletləri satışa çıxarılıb

8 Sentyabr 2017 12:44

Xəbər 1263 dəfə oxunub

Sentyabrın 7-si saat 17:00-dan etibarən Ağdamın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın biletləri satışa çıxarılıb.Azərtac “Qarabağ” klubuna istinadla xəbər verir ki, ilk gündə təxminən 3 min bilet satılıb.Azarkeşlər biletləri satış məntəqələrindən və onlayn olaraq – iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.xeber100.com