“Çelsi”–“Qarabağ” matçının hakimləri müəyyənləşib

11 Sentyabr 2017 11:38

Xəbər 932 dəfə oxunub

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi”–“Qarabağ” matçının hakimləri müəyyənləşib.Azərtac xəbər verir ki, qarşılaşmanı Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Anastasios Sidiropoulos olacaq. Ona həmyerliləri Polixronis Kostaras və Lazaros Dimitriadis kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Damianos Efthimiadis yerinə yetirəcək.Qeyd edək ki, “Çelsi”–“Qarabağ” oyunu sentyabrın 12-də Bakı vaxtı ilə 22:45-də start götürəcək.xeber100.com