Topaz Premyer Liqasında IV tura yekun vurulub

11 Sentyabr 2017 11:47

Xəbər 834 dəfə oxunub

Bu gün futbol üzrə Topaz Premyer Liqasında IV tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda turnir cədvəlinin beşinci pilləsində qərarlaşan “Sumqayıt” klubu “Kapital Bank Arena”da paytaxt təmsilçisi “Neftçi” ilə görüşüb. Rəhim Həsənovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.Beləliklə, “Sumqayıt” klubu aktivinə 6-cı xalını yazdırıb.Qeyd edək ki, dörd turdan sonra hesabında on xal olan “Zirə” klubu Azərbaycan çempionatının vahid lideridir. Ağdamın “Qarabağ” komandası bir oyun az keçirib və doqquz xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Qəbələ” klubu isə yeddi xalla üçüncü pillədədir.xeber100.com