Qol güləşi üzrə XXXIX dünya çempionatı başa çatıb

11 Sentyabr 2017 11:52

Xəbər 1042 dəfə oxunub

Macarıstanın paytaxtı Budapeştdə qol güləşi üzrə XXXIX dünya çempionatı başa çatıb.Azərbaycan Qol Güləşi Federasiyasından (AQGF) Azərtac-a bildirilib ki, Azərbaycanın milli komandası yarışda 8 idmançı və bir məşqçi olmaqla, 9 nəfərlik heyətlə təmsil olunub. İdmançılarımız çempionatda yüksək nəticələr əldə ediblər.AQGF-nin idmançıları yığma komandanın aktivinə 6 qızıl və 2 gümüş olmaqla, ümumilikdə 8 medal qazandırıblar.Yarışda Azərbaycanı təmsil edən idmançılarımızdan 21 yaş kateqoriyasında Ramazan Rüstəmov (65kq) iki qızıl (sağ və sol qolda) və Nemət Vəkilov (60 kq) qızıl (sol qol) medal qazanıblar. İsgəndər Mustafayev (55 kq) 18 yaş kateqoriyasında qızıl (sağ qol) və gümüş medala (sol qol) sahib olub.Rahib Balakişiyev (60kq) paralimpiyaçıların mübarizəsində qızıl (sağ qol) və gümüş (sol qol) medal qazanıb.Minabəddin Qurbanov (100 kq-dan yuxarı) “Senior Grand Master” kateqoriyasında qızıl (sol qol) medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.xeber100.com