Güləş Federasiyasının məlumatına görə…

12 Sentyabr 2017 11:57

Xəbər 725 dəfə oxunub

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmələrin dünya çempionatı başa çatıb.Çempionatda 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında dünya üçüncüsü olan sərbəst güləş yığmamız bu gün Vətənə qayıdıb.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Bütün rəqiblərindən üstün olan Əlihəsən Əmirli (42 kq) qızıl medal, yalnız final görüşündə uduzan Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş medala yiyələniblər. Bürünc medalı isə yığmamıza Hacımurad Hacıyev (63 kq) qazandırıb.Ümumilikdə isə güləş yığmalarımız çempionatı 3 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurublar. Yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların mübarizəsində isə 1 qızıl və 1 bürünc medala sahib olublar.xeber100.com