Moldovanın paytaxtı Kişineunun İvança qəsəbəsindəki “AAAF Park Moldova” idman və əyləncə kompleksində ağır atletika üzrə 10-cu “Zirvə kuboku” yarışı keçirilib.Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azərtac-a bildiriblər ki, ənənəvi turnir bu dəfə açıq havada qurulan yarış körpücüyündə təşkil edilib. Yarış həm kompleksdəki idman zalların açılışı, həm də Azərbaycan millisinin sabiq üzvü, Olimpiya Oyunlarının bürünc mükafatçısı, bir müddət əvvəl vəfat edən Veliçko Çolakovun xatirəsinə həsr olunub.Turnirdə Sinkleyr cədvəli üzrə iki qrupda – qadınlar və kişilər arasında qalib və mükafatçılar müəyyənləşib.Kişilərin mübarizəsində moldovalı Sergey Çekir toplam 299 kq (134+165) nəticə və 389,07 xalla qızıl medala sahib olub. Tribunalara toplaşan tamaşaçılar ikinci yer uğrunda maraqlı idman mübarizəsini izləyiblər. Belə ki, gümüş medalın sahibi 0,01 xal fərqlə müəyyənləşib. Polşa təmsilçisi Mateuş Sova 323 kq (145+178) nəticə ilə 384,13 xal toplayıb. O, Azərbaycan atleti, 292 kq (132+160) nəticə ilə 384,12 xal toplayan Paşa İbrahimlini cüzi fərqlə üstələyib.Qadınların mübarizəsində Gürcüstanı təmsil edən ukraynalı atlet Anastasiya Qotfrid qızıl medal qazanıb. O, toplam 270 kq (125+145) nəticə ilə 293,86 Sinkleyr xalı toplayıb. Gümüş medala 190 kq (83+107) nəticə ilə 240,19 xal toplayan türkiyəli Zeynep Atakan layiq görülüb. Bürünc medalı isə Azərbaycan atleti, IV İslam Oyunlarının bürünc mükafatçısı Elnarə Abbasova aktivinə yazdırıb. Toplam 173 kq (76+97) nəticə göstərən idmançımız 228,96 xal toplayıb.Böyük marağa səbəb olan yarışı AAAF-in vitse-prezidenti Tofiq Heydərov, Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu, bu ölkənin gənclər və idman nazirinin müavini Pavel Yanets, Azərbaycanın Moldovadakı səfirliyinin birinci katibi Leyla Orucova və ictimaiyyətin nümayəndələri, idmansevərlər izləyiblər.Yarışın bağlanış mərasimində Tudor Kasapu, Pavel Yanets və AAAF-in baş katibi Rizvan Rəsulov çıxış edərək belə yarışların təşkilinin idmanın bu növünün təbliği və kütləviləşməsi baxımından önəmini vurğulayıblar. Həmçinin bu cür təşəbbüslərin ölkələrimiz arasında idman sahəsində səmərəli əməkdaşlığın göstəricisi olduğu diqqətə çatdırılıb.Azərbaycanın və Moldovanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir bədii hissə ilə davam edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…