Avropa liqasının qrup mərhələsində mübarizəyə start verilib

15 Sentyabr 2017 14:04

Xəbər 681 dəfə oxunub

UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün Avropa liqasının qrup mərhələsində mübarizəyə start verilib.Azərtac xəbər verir ki, 12 qrupda yer alan 48 komanda arasında oyunlar keçirilib. Avroliqada Türkiyə iki komanda ilə təmsil olunub. “C” qrupunda yer alan “Başakşehir” klubu doğma meydanda Bolqarıstan “Lüdoqorets”ini qəbul edib. Oyun heç-heçə başa çatıb. “İ” qrupunda mübarizə aparan “Konyaspor” isə səfərdə Fransa “Marsel” klubunun qonağı olub. Oyun ev sahibinin xeyrinə 1:0 hesabı ilə başa çatıb.xeber100.com