“AppLab” proqramının iştirakçıları üçün treninq təşkil edilib

15 Sentyabr 2017 14:41

Xəbər 1526 dəfə oxunub

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “AppLab” proqramının iştirakçıları olan developerlər üçün ikinci treninq təşkil edib.Şirkətdən Azərtac-a bildirilib ki, “İnvestorlarla əlaqələrin inkişaf etdirilməsi üzrə intensiv təlim” (Investor Relationship Development intensive) adlı treninqdə startaplarla investorlar arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsinin bütün aspektləri əhatə olunub.”Bakcell” şirkəti developerlər üçün qarşıda gələn aylarda da piçinq, blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və sair mövzularda treninqlər təşkil edəcək.“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur.xeber100.com