Əməkdaşlıq məsələləri müzakirə olunub

27 Sentyabr 2017 11:54

Xəbər 760 dəfə oxunub

İqtisad Universitetinin (UNEC) iqtisadiyyat və idarəetmə kafedrasının dosenti Əli-Ağa İsmayılzadə Polşanın paytaxtı Varşavada keçirilən elmi konfransda iştirak edib.UNEC-dən Azərtac-a bildirilib ki, Varşava İqtisadiyyat Məktəbində (SGH) təşkil olunan elmi konfrans ekonometrik tədqiqatlara həsr olunub. Polşa, Almaniya, İsveçrə, İspaniya və digər ölkələrin iqtisadçı alimlərinin qatıldığı konfransda UNEC-in müəlliminin “İnsan resursları istehsal və investisiyanın ən əhəmiyyətli qaynağı kimi” mövzusunda məruzəsi dinlənilib.Konfrans çərçivəsində SGH ilə UNEC arasında ikili diplom və magistr proqramları istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.xeber100.com