Döyüş növləri üzrə V Asiya Oyunlarının bağlanış mərasimi keçirilib

28 Sentyabr 2017 12:05

Xəbər 846 dəfə oxunub

Sentyabrın 27-də Türkmənistanın paytaxtı Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.Azərtac-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, 45 min tamaşaçı tutumuna malik Aşqabad Olimpiya Stadionunda təşkil olunan mərasimdə Asiya Olimpiya Şurasının (AOŞ) prezidenti şeyx Ahmad Al-Fahad Al-Sabah yüksək təşkilatçılığa görə, Türkmənistan hökumətinə minnətdarlığını bildirib.Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Aşqabad-2017”ni bağlı elan etdikdən sonra Oyunların məşəli söndürülüb və AOŞ-un bayrağı endirilib.Sonra tədbir dünya ulduzlarının konsert proqramı ilə davam edib.Bağlanış mərasiminə atəşfəşanlıqla yekun vurulub.Qeyd edək ki, qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növündə gücünü sınayıb. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparıb. Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olub və atletlər 1844 medal uğrunda mübarizə aparıblar.xeber100.com