Voleybolçular arasında final mərhələsinin oyunlarına start veriləcək

28 Sentyabr 2017 12:08

Xəbər 844 dəfə oxunub

Sentyabrın 28-də qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin oyunlarına start veriləcək.Azərtac xəbər verir ki, Bakıda, Milli Gimnastika Arenasında günün ilk görüşündə saat 18:00-da İtaliya və Niderland voleybolçuları üz-üzə gələcəklər. Saat 20:30-da isə Serbiya və Belarus komandaları yarımfinala vəsiqə uğrunda yarışacaqlar.Sentyabrın 29-da dörddəbir final mərhələsinin sonuncu iki oyunu keçiriləcək. Azərbaycan millisi ikinci dəfə Almaniya kollektivini sınağa çəkəcək. Görüş saat 18:00-da start götürəcək. Sonuncu yarımfinalçı isə saat 20:30-da Rusiya-Türkiyə duelindən sonra məlum olacaq.Xatırladaq ki, yarımfinal oyunları sentyabrın 30-da, medallar uğrunda mübarizə isə oktyabrın 1-də keçiriləcək.xeber100.com