Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının heyəti müəyyənləşib.AFFA-dan Azərtac-a bildirilib ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 1-dən 3-dək Berlində, ayın 4-dən 8-dək Kottbus şəhərində keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək futbolçular məlum olub.Oktyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq oyun üçün yığmaya 22 oyunçu dəvət olunub.Heyətdə Fəhmin Muradbəyli, Anton Krivotsyuk (hər ikisi “Neftçi”), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi “Qarabağ”), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov (hamısı “Sumqayıt”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Alen Askerov, Qismət Alıyev, Roman Hüseynov (hamısı “Qəbələ”), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi “Kəpəz”), Pərviz Qaraxanov (“Səbail”), Aydın Bayramov (MOİK), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Serkan Baloglu (“Eyupspor”, Türkiyə), Mustafa Ozhitay (“SSV Ulm 1846”, Almaniya) yer alıblar.Qeyd edək ki, üç futbolçu – Eltun Turabov, Elgün Uluxanov və Budaq Nəsirov komandaya oktyabrın 2-də qoşulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…