UEFA Avropa Liqasının qrup mərhələsində

29 Sentyabr 2017 14:57

Xəbər 974 dəfə oxunub

Sentyabrın 28-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ilk oyunu Qazaxıstanda “Astana” klubu ilə Çexiyanın “Slavia” komandası arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Avroliqada çıxış edən Türkiyə təmsilçiləri isə Portuqaliya klubları ilə qarşılaşıblar. “Konyaspor” doğma meydanda “Gimarayş” klubunu 2:1 hesabı ilə məğlub edib, “Başakşəhər” isə səfərdə “Braqa”ya uduzub – 1:2. Turun sürpriz nəticəsi isə İspaniyada qeydə alınıb. Bilbaonun “Atletik” klubu öz meydanında Ukrayna təmsilçisi “Zorya”ya məğlub olub – 0:1.xeber100.com