Sentyabrın 29-da futbol üzrə Azərbaycan çempionatında altıncı tura start verilib.Azərtac xəbər verir ki, turun ilk oyununda “İnter” komandası “Neftçi”ni qəbul edib.“İnter Arena”da keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 0:2. Görüşün 60-cı dəqiqəsində Derlis Meza Kolli hesabı açıb. Matçın 72-ci dəqiqəsində isə Rəhman Hacıyev fərqlənib. Bununla da cari mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını dördə çatdırıb və yeddinci pillədə möhkəmlənib.Daha bir oyun “Qəbələ” və “Kəpəz” komandaları arasında oynanılıb. Qəbələ şəhər stadionundakı keçirilən qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 0:2. Qolları 48-ci dəqiqədə Kərim Diniyev və 58-ci dəqiqədə İlkin Sadıqov ev sahiblərinin qapısından keçiriblər. Bu, “Kəpəz”in cari mövsümdə ilk qələbəsi olub. Hazırda aktivində dörd xalı olan Gəncə təmsilçisi sonuncu pillədə qalıb.
Tur çərçivəsində sentyabrın 30-da “Səbail” komandası “Dalğa Arena”da “Sumqayıt”ı, oktyabrın 1-də Ağdamın “Qarabağ” klubu isə Tofiq Bəhramov adına Respublika stadionunda “Zirə”ni qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…