Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsindəki Çexiya yığması ilə oyunun hakimləri müəyyənləşib.Azərtac UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Benua Miyo olacaq. Ona həmyerliləri – yan xətt hakimləri Julien Paçelli və Bertran Juanno kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.Qeyd edək ki, “C” qrupunda yer alan Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Görüşə saat 20:00-da start veriləcək.Qrupda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncü, Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…