Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə…

3 Oktyabr 2017 11:26

Xəbər 1034 dəfə oxunub

Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Mingəçevirdə 12-13 yaşlı uşaqlar arasında futbol turniri keçirilib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, yarışda Ağdam, Bərdə, Ağcabədi, Şəki, Naftalan, Oğuz, Ağdaş və Mingəçevirdən, ümumilikdə 10 komanda iştirak edib.Yekunda “Bərdə” komandası turnirin qalibi olub. “Mingəçevir-1” ikinci, “Oğuz” isə üçüncü pilləni tutub.Mükafatçılara kubok və diplomlar təqdim olunub.xeber100.com