İngiltərə millisi yoldaşlıq oyunu keçirəcək

6 Oktyabr 2017 10:22

Xəbər 864 dəfə oxunub

İngiltərə Futbol Assosiasiyası Almaniya və Braziliya milli komandaları ilə yoldaşlıq oyunu keçirməklə bağlı razılıq əldə edib.Azərtac  xarici KİV-lərə istinadən xəbər verir ki, yoldaşlıq oyunları noyabrın 10-da və 14-də Londondakı “Uembli” stadionunda keçiriləcək.İngiltərə bu ilin martında Almaniya millisi ilə keçirdiyi yoldaşlıq oyununda məğlub olub – 0:1. Braziliya millisi ilə sonuncu dəfə 2013-cü ildə qarşılaşan ingilislər minimal hesablı qələbə qazanıblar – 2:1.Braziliya yığması isə noyabrın 10-da Fransanın Lill şəhərində Yaponiya millisi ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.xeber100.com