Gənclərdən ibarət boks üzrə Azərbaycan yığması Avropa birinciliyinə hazırlığı davam etdirir.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən xəbərə görə, baş məşqçi Vaqif Şirinovun başçılıq etdiyi komanda təlim-məşq toplanışının son hissəsini Boks Mərkəzində keçir.Nalçik şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ikinci yeri tutan millimiz plana uyğun olaraq gündə 2 və ya 3 məşqə çıxır.Vaqif Şirinovun sözlərinə görə, təlim-məşq toplanışında əsasən son aylarda beynəlxalq turnirlərdə təcrübə toplayan boksçular iştirak edirlər: “Təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Yarışa az vaxt qaldığından hazırlığı daha da gücləndirmişik. Komandamızda gözəl ab-hava var. Məşqlər üçün lazım olan bütün şərait yaradılıb. Hazırlıqda 20 boksçu iştirak edir. Sınaq döyüşləri üçün Rusiyadan da idmançılar çağırmışıq. Həmçinin kişilərdən ibarət millinin və “Qəbələ”nin üzvləri də bəzən bizlə məşq edib, gənclərlə öz təcrübələrini bölüşürlər. Yarışa aparılacaq heyət demək olar ki, böyük ölçüdə məlumdur. Son sınaq döyüşlərimiz oktyabrın 13-də və 14-də olacaq. Çünki Bolqarıstanda, Gürcüstanda və Rusiyada yarışlarda iştirakdan sonra kimin nəyə qadir olduğunu özümüz üçün müəyyənləşdirmişik. Bu səbəbdən də komandamızı birinciliyə hazır hesab edirəm”.Son mərhələ başa çatdıqdan sonra yığmamız Avropa birinciliyinin keçiriləcəyi Türkiyənin Antalya şəhərinə yollanacaq.Qeyd edək ki, oktyabrın 21-də start götürəcək qitə birinciliyi oktyabrın 28-də başa çatacaq. Yığmamız yarışda tam heyətlə – 10 boksçu ilə təmsil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…