Futbol üzrə püşkatma mərasimi keçirilib

6 Oktyabr 2017 14:20

Xəbər 739 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku yarışlarının püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşkatmada 18 komanda iştirak edib.İlkin mərhələdə keçiriləcək “Ağsu”-“Mil-Muğan” və MOİK-“Turan Tovuz” qarşılaşmalarının qalibləri Azərbaycan kubokunun 1/8 final mərhələsinə adlayacaqlar.Digər Premyer Liqa və birinci divizion klubları isə mübarizəyə birbaşa 1/8 final mərhələsindən başlayacaqlar.Püşkün nəticəsinə görə, aşağıdakı oyunlar keçiriləcək:

“Qəbələ” – “Ağsu”-“Mil-Muğan” görüşünün qalibi

“Şüvəlan” – “Səbail”

“Zirə” – “Xəzər”

“Neftçi” – “Zaqatala”

MOİK-“Turan Tovuz” cütünün qalibi – “İnter”

“Kəpəz” – “Binə”

“Qarabağ” – “Qaradağ Lökbatan”

“Sumqayıt” – “Sabah”.Qeyd edək ki, ilkin mərhələnin oyunları oktyabrın 11-də, səkkizdəbir finalın görüşləri isə noyabrın 29-da keçiriləcək. Yarışa mayın 28-da yekun vurulacaq.xeber100.com