Xaçmaz Olimpiya İdman Kompleksində 2005-2006-cı il təvəllüdlü oğlan və qızlar arasında XI Respublika Oyunlarının ağır atletika yarışları keçirilib.Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, birincilikdə bütün idman məktəbləri, cəmiyyət və klubların üzvləri çıxış ediblər.Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda Sumqayıt, Qazax, Neftçala, Goranboy, Qobustan, Qax, İsmayıllı, Xırdalan, Lənkəran və digər şəhər-rayonları təmsil edən 100-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyənləşdirilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.Birincilikdə 10 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Fəxri kürsüdə yer alan idmançılar Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…