Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində iştirak edəcək milli komandalar müəyyənləşib.Azərtac xəbər verir ki, Avropa zonası üzrə seçmə mərhələnin sonuncu turundan sonra İsveç, İsveçrə və Yunanıstan pley-off mərhələsində iştirak hüququ qazanıblar.Öz qrupunda ikinci olan 9 yığma komanda arasında ən zəif nəticə göstərən Slovakiya millisi isə növbəti mərhələyə yüksələ bilməyib.Beləliklə, noyabrda keçiriləcək pley-off mərhələsində İtaliya, Danimarka, Şimali İrlandiya, İsveçrə, İsveç, İrlandiya, Xorvatiya və Yunanıstan yığmaları dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaqlar.Oktyabrın 17-də FIFA-nın açıqlayacağı yeni reytinq cədvəlinə əsasən komandalar əmsallarına görə, iki səbətə bölünəcəklər. Həmin gün isə pley-off mərhələsinin püşkü atılacaq.Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab görüşləri isə 12-14-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…