U-19 komandası Kipr millisi ilə qarşılaşıb

11 Oktyabr 2017 13:06

Xəbər 1041 dəfə oxunub

Azərbaycan millisi 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununa çıxıb.Azərtac xəbər verir ki, futbolçularımız İrlandiyanın Ueksford şəhərindəki “Ferrycarrig Park” stadionunda Kipr yığması ilə qarşılaşıblar.Matç 2:1 hesabı ilə Kipr yığmasının xeyrinə başa çatıb.Xatırladaq ki, yığmamız seçmə mərhələnin ilk oyununda İrlandiya komandası ilə 0:0 hesablı heç-heçə edib, ikinci qarşılaşmada isə Serbiya yığmasına 1:4 hesabı ilə məğlub olub.xeber100.com