“Kremen” klubu “Çerkaski Mavpi-2” komandası ilə qarşılaşma keçirib

12 Oktyabr 2017 11:47

Xəbər 834 dəfə oxunub

Basketbol üzrə Azərbaycan milli komandasının üzvü Amil Həmzəyev çıxış etdiyi Ukraynanın Yüksək Liqasında inamlı oyunu ilə seçilib.Azərtac xəbər verir ki, millimizin üzvünün formasını geydiyi “Kremen” klubu rəqib meydanında “Çerkaski Mavpi-2” komandası ilə iki qarşılaşma keçirib. “Kremen” komandası görüşlərin hər ikisində qalib gəlib – 80:54, 87:63.Amil Həmzəyev ikinci oyunda 27 xal, 8 ribaundluq nəticə ilə oyunun ən yaxşılarından biri olub.xeber100.com